Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Silah anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.

Yenixeber.org: APA-nın şimal bürosuna əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir.

Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam