Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur.
Yenixeber.org: Bu haqda ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də proqnoz yaymışdı.
Xəbərdə bildirilirdi ki, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq. Buna səbəb isə ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.(qafqazinfo)