Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göyçayda ŞOK MƏMUR HARINLIĞI -VİDEO (18+)

 

Yenixeber.org: Dəfələrlə dövlət başçısının məmurlara həm özlərinin və həm də yaxınlarının davranışlarına diqqət etmələri üçün xəbərdarlıq etməsinə, bu yöndə sərt addımların atılmasına baxmayaraq, hələ də öz harın xislətilə diqqətə gələnlər var ki, onlardan biri də Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur.

DİA.AZ bildirir ki, bu günlərdə sosial şəbəkələrdə bələdiyyə sədrinin ətrafına toplaşmış sakinlərin arasında qadınların belə olmasına baxmayaraq açıq şəkildə söyüş işlətməsi, həmçinin özünü məmur adına yaraşmayan formada aparması əks olunan videomaterial yayılıb.

Həmin videonu təqdim edirik və bəri başdan bəyan edirik ki, təqdim olunan materialda "18+" xarakteri mövcud olduğundan azyaşlıların dinləməsi qəti qadağandır.

Hər halda bu hansısa küçə adamının yox, bir məmurun leksikonudur və DİA.AZ olaraq ümid edirik ki, müvafiq qurumlar belə bir keyfiyyətdə olan bələdiyyə sədrilə bağlı gərəkən addımları atacaq.

Həmin videonu təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam