Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Parlament qalmaqallı sənədin müzakirəsinə HAZIRLAŞIR– Deputat şeyxin müavinini DƏSTƏKLƏDİ

Parlament qalmaqallı sənədin müzakirəsinə HAZIRLAŞIR

 

Yenixeber.org: Uzun müddətdir, müzakirəsi ləngiyən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

 

Bu barədə Modern.az-a açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib:

 

“Yəqin ki, bu payız sessiyasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə baxacağıq. Uzun müddətdir, bu qanun üzərində işlər gedir və artıq müvafiq orqanlara göndərilib. Qanun layihəsi demək olar ki, hazır vəziyyətdədir. Nəticə olaraq yeni mövsümdə qanunun müzakirəyə çıxarılması nəzərdə tutulub”.

 

Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı da Modern.az saytına müsahibəsində qeyd edilən məsələyə toxunub. Onun fikrincə, Azərbaycanda donor bankının yaradılması genefondumuz üçün fəlakət ola bilər:

 

“Bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər. Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər”.

 

Deputat Kamilə Əliyeva  donor  bankı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Bu, məsələyə hansı prizmadan baxdığımızdan asılıdır. Bilirsiniz ki, süni mayalanmanın iki yolu var. Ailədə kişinin öz spermasının qadının yumurta hüceyrəsinə yeritməklə  süni mayalanma aparmaq mümkündür.

 

Bu yolla uşağın dünyaya gəlməsinin əleyhinə deyiləm. Ola bilər təbii yolla, övlad sahibi olmaq mümkün deyil, amma bu yolla mümkündür. Bu da süni mayalanmadır.

 

Amma mən də bir genetik və vətəndaş olaraq ananın yumurtalığına başqa spermanın yeridilməsinin tərəfdarı deyiləm. Burada söhbət yalnız mentalitetdən getmir. Genetik olduğum üçün donor bankının gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düşünərək bunun əleyhinəyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam