Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Yol polisindən xəbərdarlıq:Cərimə olunmamaq üçün...

 

Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir:

"Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola bilər ki, özləri də bilmədən avtomobillərinin ixrac etdiyi dəm qazı normadan artıq olsun. Sürücülər əlavə cərimə olunmamaları, ətraf mühitin və insanların sağlamlığının qorunması üçün avtomobillərinin havaya buraxdığı dəm qazının normasını yoxlatdırsınlar. Əgər nasazlıq varsa, aradan qaldırsınlar”.

Qeyd edək ki, avqust ayının 1-dən 31-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.

Məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsinin və havanın avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam