Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Facebook”dan möhtəşəm yenilik

“Facebook”dan möhtəşəm yenilik

 

Yenixeber.org: “Facebook” videorabitə ilə ünsiyyət üçün ilk qurğu hazırlayır.

AZƏRTAC "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğu 13-15 düym diaqonallı böyük sensor ekran, enlibucaqlı "ağıllı" kameralar, süni intellektə malik mikrofon və dinamiklə təchiz edilib. Hazırda ev istifadəsi üçün nəzərdə tutulan qurğu prototipinin sınaqları keçirilir.

Yeni məhsul kateqoriyasına aid aparatın 2018-ci ilin yazında "F8" proqram tərtibatçıları konfransından sonra təqdim ediləcəyi gözlənilir. Şirkətin planlarına görə, səsli köməkçi funksiyanın qiyməti 100 dollar, videorabitə ilə ünsiyyət üçün qurğunun qiyməti isə bir neçə yüz dollar təşkil edəcək.

Bildirilir ki, videorabitə ilə ünsiyyət üçün qurğu ilə paralel "Facebook" məişət texnikasının səsli idarəetmə texnologiyasının hazırlanması ilə məşğuldur. "Ağıllı" mikrofon artıq "Amazon Echo" və "Google Home" şirkətlərinin texnologiyalarında quraşdırılıb. Mənbələrin məlumatına görə, şirkət "Siri" funksiyasına oxşar səsli köməkçinin hazırlanmasında kömək üçün keçmiş "Apple" əməkdaşlarını işə qəbul edib. Bununla belə, rəqabət fonunda "Facebook" səsli köməkçi funksiyanın hazırlanması fikrindən imtina edərək diqqəti videorabitə ilə ünsiyyət üçün qurğunun hazırlanmasına yönəldə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam