Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində yenilik

Erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində yenilik

 

Avropa İnsan Hüquqları Məhkəməsi Firuzə Əsgərova və Albina Veselyova Ermənistana qarşı iş üzrə kommunikasiyaya başlayıb. Bu şəxslər 2014-cü ildə ermənilərin nəzarəti altında olan Azərbaycanın Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.

Yenixeber.org  xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı facebook səhifəsində məlumat yayıb.

Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaq), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələndirmək üçün effektiv vasitəyə malik olmaq), 6.1 (ədalətli və açıq məhkəmə araşdırması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunu pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə elan edilməsi), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olmaq), 6.3 c bəndi (effektiv müdafiəyə malik olmaq), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmək), 8 (doğma torpaqlarını ziyarət etmək ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçməyə görə ittiham olunmaların hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib-edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olmaq), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalmaq) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb.

Ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir.

Məhkəmə həmçinin hökümətdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlıq durumu ilə bağlı sənədlərin təqdim edilməsini tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam