Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“USB 3.2” məlumatları 2 dəfə sürətli ötürəcək

“USB 3.2” məlumatları 2 dəfə sürətli ötürəcək

 

Yenixeber.org: “USB” interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq, mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə davam edirlər. Son yeniliklərdən biri - “USB Type-C” interfeysi iş zamanı ikitərəfli çıxış sayəsində sürəti yüksəltmək və rahatlığı artırmaq məqsədi daşıyıb. Lakin bir sıra istifadəçilər indiyədək bu formatı dəstəkləyən interfeysə malik deyil və “USB 2.0” və “USB 3.0” ilə kifayətlənirlər. Bu dəfə isə “USB 3.0 Promoter Group” təşkilatı məlumatları daha sürətli ötürməsi ilə fərqlənən “USB 3.2” standartını nümayiş etdirib.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, texnologiya “USB Type-C” interfeysində informasiya mübadiləsi üçün bir neçə xətt üzrə ötürmə imkanlarından istifadə edir və saniyədə 20 giqabit sürəti dəstəkləyir. Xatırladaq ki, əvvəlki nəsil “USB 3.1” (Gen 2) interfeysinin sürəti 10 Qbit/saniyə təşkil edib.

Məlumata görə, mütəxəssislər texnologiya üzərində işi davam etdirərək onu bu ilin sonunda rəsmən təqdim etməyi planlaşdırırlar. Əvvəllər olduğu kimi, maksimal sürətə uyğunluq təşkil edən avadanlıqlarsız nail olmaq qeyri-mümkün olacaq.

“USB 3.2” standartını dəstəkləyən ilk qurğu və aksesuarların 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam