Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Fransız jurnalisti və yazıçısı Füzuli rayonunun Alıxanlı kəndində olub

 

Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Füzuli rayonunun Alıxanlı kəndində olub.

 Yenixeber.org: Cəbhə bölgəsində olan fransalı qonaqlar, QHT rəhbərləri, ziyalılar və iyulun 29-də erməni hərbçilərinin qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.

Qonaqlar daha sonra hadisənin baş verdiyi əraziyə baxıblar. Burada kənd sakinləri və Quliyevlər ailəsi ilə görüşən qonaqlara cəbhə kəndindəki vəziyətlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, erməni hərbçiləri kəndi tez-tez atəşə tuturlar: “Ancaq yerli əhali Azərbaycan ordusuna güvənir. Bu səbəbdən də cəbhəyanı kənd sakinləri hec nədən qorxmayaraq gündəlik işləri və əkin biçinlə məşğul olurlar”.

Fransalı qonaqlar mülki əhaliyə qarşı silahlı işlədilməsin pisləyərək, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu bildirblər. Eyni zamanda Jerar Kardon qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.

Xatırladaq ki, Fransız jurnalisti və yazıçısı Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində iyulun 23-dən Azərbaycanda səfərdədirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam