Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ziya Məmmədov prezidentin müşavirəsində olmamasının səbəbi

 

Ötən gün prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyi barədə məlumat vermişdik. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iclasa qatılmaması diqqət çəkib. 

Məlumata görə, Əbülfəz Qarayev Xorvatiyada olduğu üçün iştirak edə bilməyib. Amma Ziya Məmmədovun, Azad Rəhimovun və Aydın Əliyevin iclasa qatılmamasının səbəbi bəlli deyil. 

Qeyd edək ki, ölkə başçısı çıxışında nəqliyyat sektoruna da toxunub və bildirib ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir: "Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır". 

Ekspertlər isə düşünürlər ki, ölkə başçısının Bakıda nəqliyyatla bağlı məsələnin tənzimlənməsini İcra Hakmiyyətinə tapşırması Ziya Məmmədovla bağlı xoş xəbər sayıla bilməz. Həmçinin onun iclasa çağırılmama ehtimalı da var. Bu, nəqliyyat nazirinə etimadın azalması və yaxın günlərdə onunla bağlı ciddi qərarın verilməsinə də işarə ola bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam