Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Nazirlik 61 mindən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

Nazirlik 61 mindən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyun aylarında  61 230 nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və  peşəyönümü tədbirlərinə cəlb edib.


Yenixeber.org: Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinə malik olması üçün görülən işlərin davamı olaraq, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda ənənəvi və modul tədris üsulları əsasında kompüter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr öyrədilib.

 

Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər yeni peşələrə yiyələnməklə bərabər, burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

 

Cari ilin birinci yarısında gənclərin əmək bazarının tələbləri əsasında  düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri də davam etdirilib. Bu tədbirlərə ümumilikdə 58 824 nəfər gənc cəlb olunub. Onlara əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar, peşəyönümü məsləhətləri verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam