Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Ziya Məmmədovun iqtisadi çöküş əməliyyatı başlayıb"

 

“Zənnimcə, Ziya Məmmədovun istefaya gedəcəyi həqiqətə yaxın bir məsələdir”.
 
"Xeberinfo.com": Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Prezidentin sentyabr ayında hökumətdə dərin islahatlar keçirəcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən söyləyib. O, Ziya Məmmədovun iqtisadi cəhətdən müflis edilməsinə çalışıldığını deyib:
 
“Ziya Məmmədov və onun ətrafında olan şəxslər sözün əsl mənasında müflisləşdirilir. Məsələn, onun yaxın adamlarından olan Hafiz Məmmədovun ölkədən qaçmaq həddinə çatdığı mətbuatda yazılmışdı. Üstəlik, onların əsas banklarından olan “Bank of Azerbaijan”nın da ciddi maliyyə çətinlikləri və hətta bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edilmişdi. Belə görünür ki, artıq Ziya Məmmədovun iqtisadi cəhətdən çökdürülməsi əməliyyatı başlayıb. Bu bir şəxs hədəfə götürüləndə və onun siyasi karyerasının tamamlanması gərəkəndə görülən tədbirlər sistemindən ibarətdir. Baş verən hadisələrə nəzər salsaq görərik ki, iqtisadi çökdürmələr siyasi çöküşlə nəticələnə bilər”.
 
Politoloq hazırkı hökumətdə daha bir neçə nəfərin istefaya getmək məcburiyyətində olduğunu bildirib:
 
“Əgər Prezident növbəti dəfə islahatlar keçirsə, hələ ki, aydın görünən fiqur Ziya Məmmədovdur. Onun çöküşünü sübut edən faktlar var. Əgər ciddi reformdan söhbət gedirsə, o zaman hökumətin tərkibində ciddi dəyişikliklər müşahidə olunacaq. Amma bu, birbaşa Prezidentin səlahiyyətlərində olan işdir. Mən bu məsələdə uzaqgörənlik etməkdə çətinlik çəkirəm. Güc strukturları, hökumətin iqtisadi blokuna rəhbərlik edən şəxslər arasında da potensialını tükətmiş adamlar var. Yəni bir çox sahələrdə təzə kadr gətirilməsi prosesinə ehtiyac duyulur. Əgər İlham Əliyev bunu zəruri hesab edərsə, bunlar mütləq həyata keçiriləcək”.
 
Qeyd edək ki, “Müsavat.com” saytı sentyabr ayında Azərbaycanda siyasi islahatlar başlayacağını, nəticədə Prezident İlham Əliyevin bir neçə naziri vəzifədən uzaqlaşdıracağını bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam