Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Sumqayıtda “İŞİD bayrağı”

 

Naməlum şəxslər İŞİD-in bayrağı əks olunmuş pərdələrini avtomobillərə taxaraq şəhərdə gəzirlər.
    "Xeberinfo.com": Son günlər Azərbaycanda müşahidə olunan məzhəb gərginliyi fonunda növbəti qızışdırıcı hərəkət qeydə alınıb. Ölkənin 3-cü ən böyük şəhəri olan Sumqayıtda İraq və Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın bayraqları müşahidə olunub. Sumqayıtda kimliyi bəlli olmayan şəxslər avtomobillərin arxa şüşələrinə İŞİD-in bayrağına bənzər yazı olan qara pərdə vurub.
    Qeyd edək ki, İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah”) yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı sirr deyil. Yəni bu günə qədər kimsə Peyğəmbər möhürünü avtomobilinə pərdə olaraq vurmadığı üçün pərdə sahibinin məqsədinin İŞİD-i təbliğ etmək olduğunu demək olar. 
Maraqlıdır ki, Azərbaycanda avtomobillərə dini şüarlar vurmaq artıq neçə ildir ki, rəsmən qadağan olunub. Belə olan halda, eyni zamanda İraqda və Suriyada qanlı müharibənin davam etdiyi bir zamanda İŞİD-in bayrağının hansı məqsədlə Sumqayıtda qaldırılması sual olaraq qalır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam