Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni rəis müavinini işdən qovdu

 

   Abşeron Rayon Polis Şöbəsinin xidməti işlər üzrə rəis müavini, polis polkovnik leytenantı Oqtay Süleymanlı tutduğu vəzifədən azad edilib və sərəncama göndərilib. 

"Xeberinfo.com": Məlumata görə, Abşeron Rayon Polis Şöbəsinə yeni təyin edilən rəis Şəhriyar Şəmşirli bir müddət öncə keçirdiyi toplantıda Qeydiyyat dəftərinin gizlədilməsindən narahatlığını bildirmişdi və müavininə işləri təhvil verməsi üçün 10 gün möhlət tanımışdı. Hazırda möhlət tamam olub və yeni rəis sözünün üstündə duraraq, müavini işdən azad edib. 

Abşeron RPŞ-nin Təhqiqat idarəsinin rəisi Yusif Vəkilov isə yaşı ilə əlaqədar istefaya göndərilib. 

Abşeron Rayon Polis Şöbəsindən isə Axar.az-a bildirildib ki, polis polkovnik-leytenantı Oqtay Süleymanlı işdən qovulmayıb, sadəcə, məzuniyyətə göndərilib. O.Süleymanlının nə vaxt məzuniyyətdən qayıdacağı və işə başlayacağı ilə bağlı sual isə cavabsız qaldı. 

Qeyd edək ki, Şəhriyar Şəmşirlinin Abşeron rayonuna yeni təyinat almasının ardınca keçirdiyi ilk toplantıda qalmaqal yaşanmışdı. Məlum olmuşdu ki, şöbənin qeydiyyat dəftəri və qeydiyyat sənədlərindən bəziləri “itib”. 

Bu “itkini” hansısa neqativ əməllərin ört-basdır edilməsi və gizlədilməsi kimi dəyərləndirən yeni rəis isə sənədlərin dərhal üzə çıxarılmasına göstəriş vermişdi. 

Hazırda qeydiyyat dəftərinin və sənədlərin artıq “tapıldığı” da bildirilir. 

Xatırladaq ki, Şəhriyar Şəmşirli bundan əvvəl Xaçmaz rayonunun polis rəisi işləyib. O, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşı, Azərbaycanın klassik və məşhur aşığı Dədə Şəmşirin nəvəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam