Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovun gizli bankı

 

Eldar Mahmudovun əmisi oğluyla Əhməd Vəliyevin kürəkəninin ortaq “Muğanbank əməliyyatı”

Xeberinfo.com:   Gündəmin bir nömrəli mövzusu olan “MTN işi”ndə yeni-yeni təfərrüatlar, qandonduran ilginc cinayətlər açıqlanır. Məlum olduğu kimi, artıq baş verənlərlə bağlı böyük həbs dalğasına başlanılıb, prosesin bundan sonra da davam edəcəyi gözlənilir. 

Məlum olayların bank sektoruna qədər uzanmasını təsdiq edən informasiyaların intensivləşməsi isə prosesdə bəzi bankların da “başının ağrıyacağı”nı ehtimal etmək olar.
“Muğanbank” adı ətrafında böyük qalmaqal

“Unikal.org”a daxil olan məlumatda isə vurğulanır ki, yaxın günlərdə adı ətrafında böyük qalmaqalın yaşanacağı gözlənən belə banklardan biri “Muğanbank”dır. Məlumat üçün bildirək ki, adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. Daxil olan informasiyada isə israrla iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Bu haqda daha ətraflı bir qədər sonra. İndi isə “Muğanbank”ın doğrudan da Əhməd Vəliyevə məxsusluğunu isbat edən təkzibolunmaz faktlara göz ataq. Qeyd edək ki, bunu sübut etmək üçün heç də “dağa-daşa düşməyə” ehtiyac yoxdur, bankın rəsmi saytı hər şeyi özü yazıb. Beləliklə, “Muğanbank”ın sahibi kimdir? 
“Muğanbank” adı ətrafında böyük qalmaqal
Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.)
Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. 

Məlumatda bildirilir ki, Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam