Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -Nərimanovda (FOTOLAR)

“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -

 

   Yenixeber.org: 05 iyun 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin daha bir təlimi keçirilib. 

     Təlimdə Nərimanov Rayon Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədriTamerlan Əkbərov və 40 nəfər fəal gənc iştirak etmişlər.

         İlk öncə qonaqları salamlayan Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq.Mədəniyyətşünaslığın əsas məsələlərindən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir. Müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktualdır. Hər ikisi insan həyatının ayrılmaz hissəsidir. Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır.

  Sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramovbu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək lazımdır. Bəzən, tələbələr universiteti bitirdikdən sonra özlərinin humanitar fəaliyyətlərini müəyyənləşdirə bilmirlər. Mədəniyyət anlayışının aşılanması və davamlı olaraq ölkə mədəniyyətində fəallıq göstərmək universitet tədrisindən uzaqdır. Bunu həm də, nəzəri olaraq tədris etmək uğursuz olduğu üçün, qeyri-formal metodlardan istifadə etmək daha uyğundur. Tələbə şəxsi karyera qurmağı daha çox düşünür. Milli kimlik anlayışının formalaşması mədəniyyətə daha çox bağlıdır. Tələbəlik dövrü bitəndən sonra, iş fəaliyyətində humanitar təşəbbüslər vacibdir.

Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.

 

Qeyd etmək istərdik ki, layihə zamanı gənclərlə keçiriləcək 10 görüşdən 5-i artıq həyata keçirilib: “Təfəkkür” Universiteti, “Odlar Yurdu” Universiteti, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Kooperasiya Universiteti. 

“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -
“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam