Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mərkəzi Bankın rəhbərliyi Vyana məhkəməsində ifadə verməlidir

 

     Avstriyada Azərbaycan pullarının çapındakı korrupsiya ilə bağlı beynəlxalq qalmaqal artıq ölkə ictimaiyyətinə bəllidir 

 

    "Xeberinfo.com": Xatırladaq ki, bu məsələ ilə bağlı məhkəmə prosesi hələ də davam edir. Söhbət Azərbaycan pullarının çapı ilə bağlı Avstriyada aparılan qanunsuz sövdələşmələrdən və iri korrupsiya əməliyyatından gedir. Bugünlərdə Vyanada bu məsələ ilə bağlı daha bir məhkəmə iclası keçirilib. Avstriyada nəşr olunan “Der Standard” qəzeti bu barədə yazıb.
Bu iş üzrə fevralın 17-də Vyanada keçirilən məhkəmə prosesində prokuror Vokert Sackman bildirmişdi ki, Avstriyanın Mərkəzi Bankı Azərbaycan və Suriya pullarının çapı üçün dəyərindən 20 faiz çox pul alıblar və sonra da rüşvət müqabilində həmin pulları sifarişçilərə, yəni, Suriyadan və Azərbaycandan olan rəsmilərə qaytarıblar.
Təkrar mövzuya qayıdan “Der Standard” yazır ki, bu korrupsiya olayı 2007-ci ildə baş verib və 2011-ci ildə üstü açılaraq istintaq araşdırmasına cəlb edilib. Iyunun əvvəllərində Vyanada planlaşdırılan məhkəmə iclası baş tutmayıb. Çünki Azərbaycan Mərkəzi Bankından olan rəsmilər əvvəlcədən söz versələr də, videokonfransa qatılaraq ifadə verməyiblər. Bakıdakı rəsmilər hakim Corc Olşaka bildiriblər ki, onların videokonfransa qatılmaq imkanları yoxdur. Buna görə də hakim məhkəmə prosesini avqustun 5-nə qədər təxirə salmağa məcbur olub.
“Der Standard” yazır ki, müəyyən təsəvvür əldə etməkdən ötrü hətta bu məhkəmənin nəticələrini də gözləməyə ehtiyac yoxdur. Baxmayaraq ki, təqsirsizlik prezumpsiyası prosesə cəlb edilənlərin hamısına şamil olunur, amma bu da faktdır ki, ortada korrupsiya faktı var və bu əməliyyat Avstriya Mərkəzi Bankı və onun törəmə müəssisəsi, pul əskinaslarının çapı ilə məşğul olan OeBS şirkəti vasitəsilə baş tutub.
Avstriya Mərkəzi Bankının keçmiş direktoruna qarşı cinayət işi çoxdan qaldırılıb, amma son məhkəmə iclasında o, hələ ki, şahid qismində ifadə verirdi.
Qəzet qeyd edir ki, məhkəmədə ifadə verənlər Azərbaycan rəsmilərinə ümumi sifarişin 20 faizi həcmində pulun geri ödənilməsinə dair ifadə veriblər

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam