Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Reket “jurnalist”lərə qarşı əməliyyat -ŞOK TƏFƏRRÜAT

 

Hazırda 6 nəfərin saxlandığı və istintaq edildiyi deyilir; yeni həbslərin olacağı gözlənilir


Yenixeber.org:   Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) reket “jurnalist”lərə qarşı əməliyyatının yeni təfərrüatları məlum olub. Redaksiyamıza daxil olan məlumata görə, hazırda 6 reket “jurnalist” və onların istifadə etdikləri 2 qadın istintaqa cəlb olunub. Qadınlar istintaqla aktiv şəkildə əməkdaşlıq etdiklərindən onların barəsində həbs-qətimkan qərarı verilməyib. İş üzrə istintaq zamanı xeyli ilginc detallar üzə çıxıb. Məlum olub ki, vəzifəli şəxslər, onların yaxınları da gizli çəkilişlər vasitəsilə şantaj olunub. Hazırda iş üzrə geniş araşdırmaların aparıldığı, həbsə alınan reket “jurnalistlərlə” əlaqəsi olan şəxslərin dairəsi müəyyənləşib. Mümkündür ki, yaxın zamanlarda iş üzrə həbslər gerçəkləşdirilsin.


Yada salaq ki, DTX rəisi Mədət Quliyev reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışarkən demişdi ki, onlar qeyri-qanuni fəaliyyətlə məşğul olublar: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”.


Xatırladaq ki, DTX “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyevi və “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) baş redaktoru Habil Vəliyevi həbs edib. DTX-nin açıqlamasına görə, həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yolu ilə şantaj olunan şəxslərdən pul qoparıblar. DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, 2016-cı il dekabrın 3-də DTX “reket” mətbuatın digər nümayəndəsi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunurlar.(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam