Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə konstitusiyaya dəyişiklik geriyə doğru təhlükəli addımdır -Avropa Şurasından bəyanat

Avropa Şurası Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi təklifini geriyə doğru təhlükəli addım adlandırıb.

Yenixeber.org:   Qurumun bəyanatında bildirilir ki, prezidentə parlamenti buraxmaq səlahiyyəti verəcək dəyişikliklər demokratik prezident sisteminə tamamilə yaddır.

Şuranın qərarı 1950-ci ildən 47 ölkənin üzv olduğu qurumda yer alan Türkiyə üçün icbari deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qüdrətli bir prezidentliyin ölkədə sabitliyin qorunması və əvvəlki zəif koalisiyalara yol verilməməsi üçün zəruri hesab edir.

Opponentlər dəyişikliklərin Türkiyədə hakimiyyətin bir əldə cəmləşəcəyini deyərək, bunu fundamental hüquqlar və azadlıqlara zidd adlandırır.
Türkiyənin xarici işlər naziri qarşıdan gələn referenduma dəstək məqsədi ilə Hollandiyaya səfər edəcəyini bildirib.

Mevlut Çavuşoğlu CNN Türk kanalına müsahibəsi zamanı deyib ki, Rotterdamda referendumu dəstəkləyən Türkiyə vətəndaşları ilə görüşəcək.

Nazir səfərinə icazə verilmədiyi təqdirdə Niderlanda ağır sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlır verib.

Çavuşoğlu hökumətlərin yürüşləri yasaqlamasını faşist siyasəti adlandırıb. O deyib ki, Almaniya və Hollandiyanın aprelin 16-na təyin edilən referenduma “hə” deyənləri susdurması, Avropanın referendum əleyhinə olanların tərəfinin saxlanması demək olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam