Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir" -Türkiyə Prezidenti

 

"Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir" -

"Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər".

Yenixeber.org:   RİA "Novosti"yə istinadən xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mən bir daha bizim üstümüzə barmaq silkələyən avropalılara müraciət edirəm: "Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, sabah Qərb ölkələrinin heç bir vətəndaşı, avropalılar dünyada heç yerində təhlükəsiz və rahat şəkildə küçəyə addım ata bilməyəcək. Əgər bu təhlükəli yolu açsanız ən böyük zərəri elə sizin özünüz görəcəksiniz. Buna görə biz Türkiyə olaraq Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik", – deyə Ərdoğan Türkiyənin regional KİV nümayəndələri ilə görüşdə bildirib.

Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub.

Bundan sonra Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağl kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam