Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Mənsimova açıq məktub:"Borcunuzu ödəyin"

  Azərbaycanın məşhur Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli “Palmali” şirkətləri qrupunun rəhbəri, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidenti Mübariz Mənsimova açıq məktubla müraciət edib.

Yenixeber.org:  M.Rüstəmli M.Mənsimovdan "Xəzər-Lənkəran" klubunun 2015-ci ilin sentyabrından 2016-cı ilin mayına qədər qəzetin əsas səhifəsində dərc edilmiş reklamı üçün 9 min manat borcunu ödəməsini xahiş edib.

Baş redaktorun sözlərinə görə, nəşr artıq manatın məzənnəsinin enməsinə görə böyük ziyana düşüb.

"Baxmayaraq ki, biz reklam üçün pul almırdıq, vergiləri vaxtında ödəyirik. Aramızdakı mehriban münasibətləri nəzərə alaraq, biz indiyə qədər məhkəməyə müraciət etməmişik. Qısa müddət ərzində qəzetimizə olan borcun ödənməsi haqda göstəriş verməyinizi xahiş edirik", - deyə M.Rüstəmli yazıb.

M.Rüstəmli həmçinin qeyd edib ki, “Palmali”nin Bakı ofisinin rəhbərlərindən biri, "Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov görüşdən daim qaçır və qəzetin rəsmi müraciətlərinə cavab vermir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam