Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AMİ-nin Gəncə filialında rüşvət dalğası

 

 

                                İmtahan sessiyası üçün 200 manat tələb olunur

 

                    Filialın müəlliməsi saxta diplom alveri ilə məşğuldu?!

 

    "Xeberinfo.com": Azərbaycan Müəllimlər İnstitutunun bəzi filiallarında baş verən korrupsiya və rüşvətxorluğ halları hələ də qalmaqdadır. Bu hallara görə, filiallar içərisində ən öndə gedən demək olar ki, Gəncə filialıdır. Filialda baş verən özbaşnalıq tələbələrin də narazılığına səbəb olub. Filialın rəhbərləri kimi, orada çalışan şəxslər də aldıqları aylıq məvaciblə yanaşı, başqa üsullarla da gəlir əldə etmək istəyirlər.  
    Bütün təhsil ocaqlarında yay imtahan sessiyasının başlaması səbəbindən narazılıqlar da pik həddə çatıb. İri təhsil müəssisələrindən gələn xəbərlərdə imtahanlara görə rüşvət tələb olunması hallarının müşahidə olunsa da, əsasən əyalətdəki filiallar və universitetlərdə durumun daha acınacaqlı olduğu diqqəti çəkir. 
    Əldə etdiyimiz  məlumata görə, artıq bir müddətdir adı saxta diplom və korrupsiya qalmaqalına qarışmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında imtahanlarla əlaqədar yeni yığım dövrü başlayıb. Valideynlərin məlumatına görə, hal hazırda yay imtahan sessiyası ilə əlaqədar sözügedən filialda tələbələrdən 200 manat pul tələb olunur. Bildirilir ki, filial rəhbərliyinin göstərişinə əsasən həmin məbləği verməyən tələbələri bir xeyli əziyyətə salacaqlar. Üstəlik, kəsiri olanları payızda bir qədər də artıq məbləğlər gözləyir. 
    Bu əsnada gələn xəbərlərdə AMİ-nin Gəncə filialının müəllimləri ilə Gəncə Dövlət Aqrar Universitetindəki həmkarları ilə gizli işbirliyindən də bəhs olunur. Məlumatda hətta oda qeyd olunur ki, AMİ-nin sözügedən filialının müəlliməsi Yeganə Əliyeva GDAU-nun müəllimi Arzu İsmayılovun adları saxta şəhadətnamə satışında hallanmağa başlayıb. İddia edilir ki, adları çəkilən şəxslər vətəndaşlara saxta diplomlar satmaqla məşğuldurlar. 
   Qeyd edək ki, Yeganə Əliyevanın adı bu məsələdə ilk dəfə deyil gündəmə gəlir. AMİ-nin müəlliməsinin adı hələ bir müddət əvvəl də bir neçə vətəndaşa saxta diplom satması məsələsində çəkilib. Belə ki, onun bir neçə il əvvəl Goranboy sakini olan şəxslərdən birinə 13 min manat müqabilində TQDK tərəfindən təsdiq edilmiş diplom satdığı bildirilir. Düzdür, həmin diplomun saxta çıxmasından sonra ortalıq qarışıb və aldadılan şəxs pulunu tələb etməyə başlayıb. Həmin mübahisəli vəziyyət isə bugünədək davam edir. 
    Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam