Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlər İnstitutunun Zaqatala filialında nə baş verir?

 

"Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında yeni rüşvət qaydaları müəyyənləşib. Bunu filialın direktoru Orucəli Rzayev özünə yaxın bir neçə şəxsin əli ilə həyata keçirir"

Bu barədə Qaynar.info-ya sözügedən ali məktəbin tələbələri bildiriblər. 

Onların sözlərinə görə institutun direktoru Orucəli Rzayev imtahanlarda rüşvət alınması ilə bağlı göstəriş verib. Bildirib ki, bu məsələdə heç kəsə güzəşt olunmamlıdır: "Qış sessiya imtahanlarında yaxşıca rüşvət toplaya bilib. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə hər bir tələbə tarix, ədəbiyyat fənnindən imtahana 180 manat, riyaziyyat fənnindən imtahana 200 manat, digər fənn imtahanlarına 150-200 manat aralığında rüşvət verib. Və bu proses yay sessiya imtahanları üçün də davam etdirilməlidir. Belə ki, iyun ayının 1-dən yığım kompaniyasına başlanılmalıdır. Digər tərəfdən, Orucəli Rzayev filialda çalışan işçilərin məvacibindən hər ay özü üçün 100 manat ala bilir. Filialda 60 işçinin çalışdığını nəzərə alsaq, Orucəli Rzayev hər ay 6 min manat, ildə isə 72 min manat tabeçiliyində olan işçilərdən rüşvət toplayır". 

Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında direktor işləyən vaxtda da filialda baş verənlərə görə işdən qovulan Orucəli Rzayev sonradan Zaqatala filialına direktor göndərilib. Onu o zaman Təhsil Nazirliyindən İlyar Vahabov, Azərbaycan Müəllimlər İnstitutundan isə Aqiyə Naxçıvanlının müdafiə etdiyinə dair məlumatlar da geniş yayılmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam