Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“KVN”də QARABAĞ QALMAQLI

 

kvn

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən “KVN – 2017” festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

Xeberinfo.com:  “Qafqazinfo”nun məlumatına görə, belə ki, festivala Qondarma Dağlıq QarabağRespublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin “С хлебом и солью” (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib.

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. “С хлебом и солью” dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

kvn1

Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“DQR” klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O, qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

“Bu bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik”.

“Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək.

Komandanın yarış üçün aldığı dəvətnaməni və onların siyahıya daxil edilməsini sübut edən sənədləri təqdim edirik:

kvn3 kvn2


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam