Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2 nazir Prezidentin "qara siyahısına" düşdü -Rəsmi açıqlama

 

 

“Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın "KVN" komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır”. 

 

 Xeberinfo.com:  Bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "facebook” şəbəkəsindəki hesabında yazıb. “Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”, - deyə Novruz Məmmədov bildirib.

  Novruz Məmmədov

 

Xatırladaq ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

 

Elmar Məmmədyarov

 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı verib. 

 

Təbii ki, N.Məmmədovun açıqlaması Prezident Administrasiyası rəhbərliyinin rəsmi mövqeyi sayılmalıdır. Bu isə həm də ölkə prezidentinin mövqeyi deməkdir. Belə çıxır ki, nazirlərin erməni separatçılarının komandasını yarışlardan kənarlaşdırmaqla bağlı addımları öz adlarına çıxması prezidentin qəzəbinə səbəb olub. Bu nazirlərin avtomatik olaraq qara siyahıya düşməsi anlamına gəlir.

 

 

Azad Rəhimov

 

Yada salaq ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə gənclər və idman naziri Azad Rəhimovun adı xüsusi hallanmış və bu addım nazirin "şəxsi xidməti" kimi dəyərləndirilmişdi. Nazirlərin bəyanatı siyasi rəhbərliklə razılaşdırılmayıb. Bu isə hakimiyyətin daxili qaydalarına görə, bağışlanmaz səhvdir və buna görə nazirlərin karyeraları bitə bilər.

 

İstiqlal.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam