Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ona əbədi lənət olsun!" -Ramzan Kadırovdan Stalinə ittiham

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Stalinin çeçenlərin Qazaxıstana və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırlb.

Xeberinfo.com:   Məlumata görə, bu nöqteyi-nəzərini o, çeçen xalqının dövlət quruluşunun bərpası gününə həsr edilmiş yığıncaqda söyləyib.

"İosif Stalin çeçenləri və başqa xalqları uçurumun kənarına gətirdi. Ona əbədi lənət olsun!" – deyə o 1944-cü il hadisələrini - Çeçen-İnquş MSSR-in ləğv olunması və onun əhalisinin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi barədə SSRİ DMK-nın 5073 nömrəli qərarını xatırladaraq bildirib.

Çeçen və inquş xalqlarının kütləvi deportasiyası 23 fevral 1944-cü ildə Stalinin göstərişi ilə həyata keçirilib.

Rəsmi ittiham kimi onların faşist işğalçılarına kömək etdikləri göstərilmişdi. Çeçenlərin və inquşların öz vətənlərinə qayıtmalarına qoyulan qadağa 1957-ci ilin yanvarında götürüldü.

R.Kadırov buna - ədaləti bərpa etdiyinə görə SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşova təşəkkürünü də bildirib.

Onu da qeyd edək ki, R.Kadırov çıxışının videosunu bu gün Instagram-da yerləşdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam