Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin” -Deputat

389

“Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin, komputerin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin”.

Xeberinfo.com:  Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, hüquqşünasla arasında baş verən mübahisəyə aydınlıq gətirib. Onun sözlərinə görə, Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində yazıb ki, Qüdrət Həsənquliyev və Fəzail Ağamalı Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilməz: “Guya bizim cəsarətimiz çatmır. Mən də ona zəng etdim ki, cəsarətin varsa, üz-üzə görüşək. O, telefonu asdı. Mən ona nə demişəm ki?! Axı niyə komputerin arxasında insanlara ləkə yaxır? Növbəti dəfə də zəng etdim, telefonu açmadı. Bir daha deyirəm ki, cəsarəti çatırsa, mənimlə üz-üzə gəlsin, debata çıxaq.

O kimdi ki, ona hədə-qorxu gələm? Cəmiyyət onu tanıyır, pulgir insandır. Hər şeyin bir həddi var, bu qədər də olmaz axı, insanların şəxsiyyətinə toxunur. Özünü qəhrəman hesab edir?!”

Qeyd edək ki, A.İsmayılov özünün facebook səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam