Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ƏMİM İÇKİLİ OLUB” –Deputatın qardaşı oğlu

Снимок

“Əmimin dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Xeberinfo.com:    BakiPost.az xəbər verir ki, bu sözləri millət vəkili Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb. O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: “Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. İnsanların əmimin sözlərinə görə narazılığını başa düşürəm. Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Qeyd edək ki, deputat Astan Şahverdiyev dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlərin keçirdiyi etiraz aksiyası ilə bağlı açıqlama verib. O, müsahibəsində etirazlara səbəb olan ifadələr işlədib: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam