Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Vergidən yayınan şirkətlər açıqlandı -SİYAHI

Xeberinfo.com:   Sahibkarlarla keçirilən görüşlərdə və kütləvi informasiya vasitələrində aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.

 

Bu, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda öz əksini tapıb. Komitədən bildirilib ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.



“Cədvəldən də göründüyü kimi, ümumilikdə 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam