Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Bu, alçaqların əməlidir”-Türkiyə prezidenti

Recep_Tayyip_Erdogan_150412_albom_5

Bizə əmanət olan səfiri kürəyindən vurdular. Bu, alçaqların əməlidir”.

Xeberinfo.com:   Bunu bu gün Avrasiya tunelinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Qətli törədənin əlaqələri araşdırılır və yavaş-yavaş üzə çıxır. Türkiyənin 2023-cü il hədəflərindən uzaqlaşdırmaq, dünyanın ən güclü 10 ölkəsindən biri olmasının qarşısını almağa çalışırlar”.

Ərdoğan qeyd edib ki, dağlarda məğlub olan terrorçular şəhərlərə, küçələrə eniblər:“Türkiyəni bir əsr sonra ya olum, ya ölüm nöqtəsinə gətirənlər yaxın vaxtlarda səhv etdiklərini anlayacaqlar”.

Türkiyə prezidenti bildirib ki, hər zaman məzlumların yanında olacaqlar: “Suriyada terrora qarşı mübarizə aparırıq, Hələbdən məzlumları biz çıxarır, İdlibə yerləşdiririk. Lazım olsa, onları Türkiyəyə gətirəcəyik. Hazırda 2,7 milyon qaçqın var, lap 3 milyon olsun. Əcdadlarımız hər zaman məzlumların yanında oldu, biz də məzlumların yanında olacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam