Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Allahşükür Paşazadənin torpağı alındı -1770 hektar

Nazirlər Kabineti “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarında dəyişiklik edib.

Xeberinfo.com:   “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 tarixli qərara əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün keçmiş Dəvəçi (hazırkı Şabran) rayonunda ləğv edilmiş “Yeni həyat” kolxozunun ərazisindən bir hissə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün ayrılıb.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daimi istifadəyə verilən torpağın ümumi sahəsi 1770 hektar (857 hektar əkin yeri, 244 hektar biçənək, 440 hektar orüş, 53 hektar kəndaltı sahə, 176 hektar sair torpaqlar) olub.

“Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarda edilən dəyişikliyə əsasən, həmin torpaqlar Qafqaz Müsəlmanları İdarəsinin daimi istifadəsindən çıxarılıb.

Qeyd edək ki, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam