Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnterpol 2 rektoru Bakıya təhvil verir

İnterpol 2 rektoru Bakıya təhvil verir

 

İnterpol tərəfindən axtarışa verilmiş iki rektor barəsində araşdırmalar aktiv fazaya qədəm qoyur

Xeberinfo.com:   Politika.Az-a daxil olan özəl məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları İnterpola əməliyyat-axtarış tədbirlərində dəstək verir. 


Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev və “Təfəkkür” universitetinin Kiyevdə rektoru olmuş Riyad Əliyevin həbs olunaraq təhvil verilməsi prosesi başlanır. 

Məlumatlı mənbənin bilgilərinə görə, hər iki şəxs dələduzluq əməllərinə görə ittiham olunur. Onlar Avropada sığınacaq alaraq gizləniblər. Üstəlik, sosial şəbəkələrdə Azərbaycanın dövlət rəhbərliyi əleyhinə təhqiramiz fikirlər yayırlar. 

Qaynağımız qeyd edir ki, hər iki sabiq rektorun tutulması istiqamətində hərəkətlənmə var. E.Abdullayev Fransa, R.Əliyev isə Almaniyada yerləşib. 

Onlar özlərini siyasi mühacir kimi sırımağa çalışıb. Lakin hər iki şəxsin əməlindəki cinayət tərkibi ilə bağlı Azərbaycan prokurorluğunda istintaq aparılıb. Keçmiş rektorların həbsi ilə bağlı prosesin getdiyi deyilir. Bu günlərdə R.Əliyevin qardaşı Renat Əliyev də həbs olunub. 

2014-cü ilin 30 avqustunda Riyad Əliyev əvvəlcə Macarıstana, ordan da Almaniyaya qaçır. Burada isə, o, özünü siyasi qaçqın kimi qələmə verə bilir. Əlbəttə, sonradan istintaq qaçaq fırıldaqçının təqsirini tam sübuta yetirir. 

Lakin bu qaçış ədaləti qeyri-müəyyən vaxta təxirə salır. 2013-cü ilin 23 fevralından Riyad Əliyev axtarışdadır. Bir müddət əvvəl isə o, həmçinin İnterpol tərəfindən də axtarılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam