Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gəncə Avtomobil Zavodu və bir neçə iri səhiyyə obyekti özəlləşdirməyə çıxarıldı

Azərbaycanın bir sıra iri tibb müəssisələrinin də özəlləşdirməyə çıxarılacağı gözlənilir

Xeberinfo.com:   Bu barədə  Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub. “Marja”-nın xəbərinə görə,Gəncə avtomobil zavodu hazırda da fəaliyyət göstərir. Maşın və traktorlar istehsal edir. Qərara görə, zavod səhmdar cəmiyyət kimi, investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.

Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə qoyulub. Müəssisə tikintisi layihəyə görə, 1989-cü ilin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi bir müddət yarımçıq qalıb. Yalnız 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə düşüb.

Yaxın vaxtlarda Azərbaycanın bir sıra iri tibb müəssisələrinin də özəlləşdirməyə çıxarılacağı gözlənilir. Bura Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası daxildir. Habelə, Dəmiryol, Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzinin də özəlləşdirməyə çıxarılacağı bildirilir. Özəlləşdirməyə açılan obyektlərin bir hissəsinin də stomatoloji poliklinikalar olduğu qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam