Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar hazırlanır

suruculuk vesAzərbaycan ərazisində xarici ölkələrdə verilən sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Xeberinfo.com:  Bu haqda APA-ya Milli Məclisdən bildiriblər.

Məlumatda bildirilir ki, “Yol hərəkəti haqqında” qanuna bununla bağlı əlavə ediləcək. Təklif prezidentin təqdimatı ilə göndərilib.

Təqdimatda qanunun 35-ci maddəsinə yeni bəndin (xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) əlavə edilməsi təklif olunur.

Təklifə görə, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanından verilən və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi ilə cəmi bir ay avtomobil idarə edə bilər.

Vətəndaş bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidir.

Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər isə ölkədə olduqları müddətdə xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər.

Ancaq həmin kateqoriyadan olan şəxslər yaşamaqdan ötrü icazə aldıqda, həmin gündən sonrakı bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidir.

Hazırda qanunun qüvvədə olan variantında xaricdə alınmış sürücülük vəsiqələri ilə bağlı aydınlıq yox idi.

Parlament təklifi noyabrın 11-də müzakirə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam