Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Millət vəkilidən AZAL-a sərt ittiham: "Bu biabırçılıqdır"

 

Millət vəkili Çingiz Qənizadə AZAL-da oktyabrın 10-da başına gələn yaşadığı biabırçı faktları açıqlayıb.

 

Xeberinfo.com:  Məlumata görə, deputat bildirib ki, bu günlərdə bir günlük İstanbula səfər edib: “Qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti də əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer boş idi.

 

Mənə dedilər ki, ön sırada əyləşmək üçün əlavə 30 dollar ödənilməlidir. Çıxış yerlərində əlavə yerlər üçün və geniş yerlərdə bu məbləğ sərnişinlərdən alınır. Bu biabırçılıqdır. Hətta mən xarici vətəndaş olsam bir də AZAL-la uçmaram. Türkiyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi. Axı mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni sonradan 30 dollar əlavə ödəməliyəm”.

 

Spiker Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə bu cür reaksiya verib: "Çıxış etmək əvəzinə gəlib bu məsələni mənə təklikdə də deyə bilərdin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam