Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vahid Ələkbərovun yaxtası dünyada birinci yerə çıxdı - FOTOLAR

Monakoda keçirilən ənənəvi yaxta şou-sərgisi “Monaco Yacht Show”-da azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun yaxtası dünyanın ən yaxşı yaxtası adına layiq görülüb.

Xeberinfo.com:   “Forbes” jurnalının rus versiyasına istinadən xəbərə görə,“Galactica Super Nova” adlı 70 metrlik yaxta ən yaxşı yeni yaxta və ən yaxşı dizayn kateqoriyalarında tamaşaçıların ən çox simpatiyasını qazanaraq birinci yerə çıxıb. Bu, dünyada korpusu alüminiumdan hazırlanmış ən böyük yaxtadır.

Yaxta Hollandiyanın “Heesen” tərsanəsində cəmi 41 aya yığılıb və bu il milyarderə təqdim olunub. Yaxta-şouda Ələkbərovun yaxtası 13 yaxta arasından birinci seçilib. “Hesab etmirəm ki, ən yaxşı yeni yaxta mükafatını “Galactica Super Nova”nın qazanması kimlərisə təəcübləndirdi. Yaxtanın dizayneri Espen Oenio hazırda dünya yaxta dizaynı üzrə ən yaxşı mütəxəssisdir və onun layihələri həmişə uğur qazanır”-“YachtHarbur”un əsasını qoyan Dmitri Semenixin “Forbes”ə bildirib.

Onun sözlərinə görə, Heesen tərsanəsi özünün ən yüksək tikinti keyfiyyəti və texniki innovasiyaları ilə fərqlənir. Ələkbərovun yaxtası ölçülərinin böyük olmasına baxmayaraq saatda 30 uzl sürətlə hərəkət edir.

Monako yaxta-şousu bu gün işə başlayıb və oktyabrın 1-nə qədər davam edəcək. Mərasimdə dünyanın bir çox məşhurlarının və milyarder-oliqarxların yaxtaları iştirak edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam