Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vahid Ələkbərov 100 milyonluq yaxtasını niyə satdı?


Milyarder statusunu təsdiqləməkdən ötrü nələr eləyə bilməzsən. Məsələn, “Lukoyl”un sahibi Vahid Ələkbərov köhnə gəmisini yalnız ona görə ucuz qiymətə satıb ki, digər varlıların diqqətini uzun göyərtəsinə cəlb etsin.

 

Xeberinfo.com:   Məlumata görə, Vahid Ələkbərov özünün 50 metrlik Galactica yaxtasını satıb. Bu haqda ilk dəfə Boatinternational.com portalı xəbər yayıb. “Forbes” də bu məlumatı yaxta brokerləri arasındakı mənbə vasitəsilə təsdiqləyib. Satışdan sonra yaxta yeni sahibi Red Sapphirenin adına dəyişdirilib.

Yaxtanın 2015-ci ilin mart ayında 21 milyon avroya satışa çıxarıldığı bildirilir. Ancaq bu ilin fevral ayında qiyməti aşağı salınandan sonra 19,5 milyona satılıb. “Lukoyl”dan indiyədək bu haqda açıqlama verilməyib.

Galactica suya 2009-cu ildə buraxılıb və o vaxt Hollandiyada Heesen Yachtsın flaqman yaxtalarından olub. Bundan bir il öncə Ələkbərov qayıq istehsal edən şirkəti onun yaradıcısı Frans Xisendən 100 milyon avroya alıb. Heesen 1978-ci ildən Hollandiyanın Oss şəhərində sürətli yaxta istehsalı ilə məşğuldur və bu sahədə dünya liderlərindən biri hesab olunur. Heesen Yachtsın özəl xüsusiyyətlərindən biri odur ki, 30 metrdən kiçik yaxta istehsal etmir.

Ələkbərov ən ehtiyatlı müştərilərdən biridir. 2010-cu ildən 2014-cü ilə qədər Galactica öz mülkiyyətçisinin istəyi ilə bir neçə dəfə yenilənib. Məsələn, Ələkbərov okeanı seyr edə bilməsi üçün onun kayutunda pəncərələri zolaqşəkilli qurulub. “Lukoyl”un sahibinin lüksü çox xüsusidir, kitabxana-kinozala ayrıca girişi var, sahibinin otağında isə “kingsize” çarpayısı və iki kiçik ölçülü "queensize" var. Ələkbərovun vanna otağı bahalı parlaq daşlarla işlənib. Gəminin göyərtəsi açıq havada nahar etməyə imkan verir, bu zaman sərnişinlər okean küləyindən mühafizə olunurlar.

Galactica bu ilin yazına qədər Ələkbərovun əsas yaxtası olub. Mart ayında suya yeni yaxta – 70 metrlik Galactica Super Nova ( ilkin adı Project Cometa olub) buraxılıb. O, birinci kimi Heesenin ən böyük istehsalı hesab olunur və dünyanın ən uzun 200 uzun gəmisi sırasındadır. Ancaq ən böyük üstünlüyü ondadır ki, öz sinfində ən sürətlisidir.

Galactica Super Novanın 12 nəfərlik 6 kayutu var və onun dizaynı ilə Espen Oeino International xüsusiləşdirilmiş arxitektura vürosu məşğul olub. Fərqli cəhətlərindən biri gəminin göyərtəsinin hamısını birləşdirən şüşə liftinin olması və büllur pilləkəndir.

Gəmidə helikopter enişi üçün meydança, şəlalə və cakuzi, həcmi 13500 litr su tutumlu, dibinə günəş işığı düşən hovuz var. Bunun hesabına aşağıda yerləşən otaqların da təbii işıqlandırılması mümkün olur. Yaxta bütün zəruri avadanlıqla komplektləşdirilib: gümüş qab-qacaq, eyni zamanda Hermès, Puiforcat və Robbe & Berking kimi tanınmış markaların məmulatları var.

Belə hesab edirlər ki, Ələkbərovun yeni yaxtası Heesenin vizit kartı olacaq, içəridən və çöldən “konfet” kimi görünür. Yaxta hazırda Çernoqoriyadakı Tivata limanındadır, geniş kütləyə payızdakı Monaco Yacht Showda təqdiç ediləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam