Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Musavat "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdi - FOTOLAR

Musavat "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdi - FOTOLAR

 

 

Müsavat Partiyası metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdib. 
Xeberinfo.com:  Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır. Mitinqdə iştirak edən müxbirimiz bildirir ki, aksiyaya sakit atmosferdə start verilib və tədbirin sonuna qədər heç bir problem yaşanmayıb. 
Tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib. 
****
Müsavat Partiyasının başqanı Arif Hacılı və eks başqan İsa Qəmbər tribunaya birlikdə çıxıblar. Mitinq Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.
***
Mitinqin aparıcısı Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı olub. Çıxış edənlər xalqı referendurum səsverməsində "Yox" deməyə səsləyiblər. 
Müsavat Partiyasının eks başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.
***
Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında ilk olaraq bütün maneələrə baxmayaraq mitinqə gələnlərə təşəkkür edib. A. Hacılı ölkədəki ictimai-siyasi vəziyyətdən, iqtisadi böhrandan danışıb və mövcud hakimiyyəti sərt tənqid edib. Müsavat başqanı həbsdə olan siyasi məhbuslardan da bəhs edib.
 
***
 
Mitinq qətnamə oxunaraq başladığı kimi sakit şəkildə başa çatıb.
Musavat.com-a istinadən mitinqdən fotoları təqdim edirik:















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam