Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 2 bankın ləğvi eyni ünvanda həyata keçiriləcək

Azərbaycanda daha 2 bankın ləğvi eyni ünvanda həyata keçiriləcək

 

Azərbaycanın bağlanmış daha 2 kommersiya bankının ləğvi "Texnikabank" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti 16 ünvandakı inzibati binada həyata keçiriləcək. Söhbət "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərdən gedir.
Xeberinfo.com:  Bu barədə "Report"a bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib. 
Sözügedən ünvan hazırda ADİF-in ikinci ofisi kimi fəaliyyət göstərir. 
Banklardan biri - "Qafqaz İnkişaf Bankı" bu gündən həmin ofisə köçüb. Yaxın günlərdə "Atrabank"ı da ora köçürüləcək. Həmin bankların əmanətçilərinə kompensasiya ödənişi də daxil olmaqla bütün məsələlər ADİF-in ikinci ofisində həll olunacaq.
Xatırladaq ki, bundan əvvəl "Kredobank" və "Bank of Azerbaijan" ASC-lərin də Fondun ikinci ofisində ləğv edilməsi qərara alınıb və bağlanmış banklar Babək prospektinə köçürülüb. Bu ünvanda eyni zamanda "Texnikabank"ın ləğv edilməsi prosesi gedir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam