Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan” müsabiqəsinin növbəti qalibləri mükafatlandırıldı


 

 “Nar”ın dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının yeddinci mövsümü davam edir.

 

Xeberinfo.com:  Yarışlarda ölkənin 17 bölgəsini və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır. İntellektual verilişləri sevən televiziya tamaşaçıları üçün yayım zamanı xüsusi bir müsabiqə keçirilir. İzləyicilər efirdə səslənən suala “Twitter” hesablarından cavab verərək  “Nar”dan 4G-modem və 1 aylıq yüksəksürətli internet trafik qazana bilərlər. Bunun üçün “Twitter”-də @salam_nar təqi vasitəsilə ən tez və dolğun cavab vermək lazımdır.

 

Televiziya tamaşaçılarının bilik yarışlarına olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” tərəfindən təşkil edilən onlayn müsabiqə verilişin yayımı zamanı aparıcı tərəfindən izləyicilər üçün səsləndirilən suallar əsasında aparılır. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.

 

İyun ayında da “Twitter” istifadəçiləri səsləndirilmiş sualları cavabsız qoymadılar. Ayın qalibləri: Rahilə Kərimzadə (@K_Rahile), Səxavət Eyvazov (@Saxaveteyvaz), Elşən Vahidoğlu (@Vahidoglu84), Emil Quliyev (@EmilioGooliyeff).

 

 

Müsabiqə və “Nar”ın xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “Nar”ın “Twitter” hesabına (@salamnar) yazmaq olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam