Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“NAXÇIVAN KLANI” XƏZƏRƏ DƏ NƏZARƏTİ İTİRDİ! –Nəqliyyat sektoru tamamilə yeni komandanın nəzarətinə keçdi!

 

Qüdrət_Qurbanov

Yenixeber.org: Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Məlumata görə, sənəd nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni təkmilləşdirmək və nazirliyin fəaliyyətini təmin etmək məqsədilə imzalanıb. Fərmanla nazirliyin əsasnaməsi, strukturu təsdiq edilib, işçilərinin say həddi, ştat vahidi müəyyənləşdirilib.

Fərmanda diqqəti çəkən əsas məqam isə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və Dövlət Mülki Aviasiya Administrasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeçiliyinə verilməsidir.

Prezidentin fərmanıyla hər iki Administrasiyanın Agentliyə çevrilməsinə, strukturlarının, ştat vahidinin yenidən qurulmasına qərar verilib. Belə ki, Dövlət Dəniz Administrasiyasının tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsə çevrilərək NRYTN-nin yanında yaradılacaq Dövlət Dəniz Agentliyinin tabeliyinə verilməsi qərarlaşdırılıb.

DSC_9125

Eyni zamanda Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxsə çevrilərək, NRYTN-nin yanında yaradılacaq Dövlət Mülki Aviasiya Agentliyinin tərkibinə verilib.

Bu fərmanla hər iki qurumun rəhbərinin vəzifəsinə son verilib. Daha dəqiqi, rəhbərləri olduqları qurumlar ləğv edildiyindən, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev vəzifələrini itirmiş olublar. Yeni yaradılan Agentliklərin direktorları isə hələlik bəlli deyil. Bu vəzifələrə təyinat Prezident tərəfindən həyata keçiriləcək.

Prezidentin sözügedən fərmanı yalnız iki Administrasiyanın Agentliyə çevrilməsi baxımından deyil, həm də bəzi başqa mühüm məqamlardan diqqəti çəkir.

Əvvəla, bu fərmanla Ramin Quluzadənin rəhbərlik etdiyi nazirliyin səlahiyyətləri daha da genişləndirildi, ölkənin ən böyük nazirliklərindən birinə çevrildi. Ramin Quluzadə nazir təyin olunarkən, yalnız rabitə sektoruna nəzarət edən nazirliyin səlahiyyətləri addım-addım genişləndirildi.

Əvvəlcə Nəqliyyat Nazirliyi ləğv edilərək, səlahiyyətləri Quluzadənin rəhbərlik etdiyi quruma verildi. İndi isə Ramin Quluzadənin rəhbərlik etdiyi nazirlik həm də dəniz və hava nəqliyyatında söz sahibinə çevrildi. Bu isə həm quruda, həm dənizdə, həm də havada nəqliyyatın hərəkətinin Quluzadənin nəzarəti altında olacağı  deməkdir.

ramin

İkincisi, bu fərmandan sonra nəqliyyat sektorunun bütövlükdə hakimiyyət daxilindəki qruplaşmalardan birinin – Ramin Quluzadənin də təmsil olunduğu və şərti olaraq “Bakı klanı” adlanan qrupun nəzarətinə keçdiyini söyləmək olar.

Məsələ ondadır ki, həm “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, həm də AZAL-ın rəhbərliyinin “Bakı klanı”na yaxın şəxslər oluduğu məumdur. Nəqliyyat Nazirliyi Ramin Quluzadənin rəhbərliyinə verilməklə, avtomobil nəqliyyatına nəzarət də bu qruplaşmaya keçmişdi. Yalnız dəniz nəqliyyatına nəzarət, necə deyərlər “yad adamın” və “Naxçıvan klanı”nın əlində idi.

Belə ki, Naxçıvanda anadan olan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov əvəllər Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs hesab olunsa da, sonradan onun Bəylər Əyyubovun çətiri altına keçdiyi, son vaxtlar isə Vasif Talıbovla“işlədiyi” haqda məlumatlar var idi. Q.Qurbanovun hakimiyyət çevrələrində və cəmiyyət arasında böyük nüfuzu olmasına baxmayaraq, “Naxçıvan klanı”nın avtoritetlərindən biri kimi, onu bundan sonra Ramin Quluzadənin komandasında təsəvvür etmək çətindir.

Bir sıra faktorlara görə gəmilərə Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verən, onların fəaliyyətini lisenziyalaşdıran, bir sözlə, dəniz nəqliyyatında polis rolunu oynayan keçmiş Dəniz Administrasiyasının bazasında yaradılacaq Dövlət Dəniz Agentliyinə rəhbərliyin yenidən Qüdrət Qurbanova tapşırılacağı ehtimalı azdır.

deniz__administrasiyasi_tedbir_190117_02

Düzdür, Dövlət Dəniz Agentliyinin rəhbərini prezident təyin edəcək. Ancaq yəqin ki, bu zaman nazir kimi Ramin Quluzadənin mövqeyi nəzərə alınacaq.

İstənilən halda – hətta Q.Qurbanov yenidən bu vəzifəyə təyin olunsa da, Prezidentin son fərmanı ilə nəqliyyat sektoru bütövlükdə “Bakı klanı” adlanan yeni komandanın nəzarətinə keçdiBununla da “köhnə qvardiya” daha bir sektordan tam olaraq uzaqlaşdırıldı və deməli fəaliyyət dairəsi bir qədər də məhdudlaşdırıldı.

Bunun nə anlama gəldiyini isə, fikrimizcə, xüsusi izah etməyə ehtiyac yoxdur. Bir deyim var: “Yollara nəzarət edən biznes sektoruna, iqtisadiyyata da nəzarət edər. İqtisadiyyata nəzarət edən isə dövləti də idarə edər!”…(azpolitika)

Murad Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam