Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İlham Əliyev baş nazirin müavinlərini istefaya göndərir - Siyahı

İlham Əliyev baş nazirin müavinlərini istefaya göndərir

 

Sentyabrın 26-da keçiriləcək olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra prezident Nazirlər Kabinetinin indiki tərkibini istefaya göndərəcək.

Xeberinfo.com:   Baş nazirin 6 müavini postu ləğv ediləcək 

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. 

Mənbənin bildirdiyinə görə, referndumdan sonra vitse-prezidentlik institutunun yaradılması gözlənilir: Vitse-prezidentlik təsisatı yaradıldıqdan sonra Nazirlər Kabinetinin indiki statusu da dəyişdiriləcək. Bu formatda baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı layihə artıq hazırdır və refendumdan sonra ictimaiyyətə açıqlanacaq.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).

Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.

Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam