Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli İnsanova həbsdə cinayət işi açıldı: Keçmiş nazir 3 maddə ilə ittiham olunur

eliinsanov-mehkeme-yeni3

Əldə etdiyimiz məlumata görə, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova 3 maddə ilə ittiham irəli sürülüb.

Xeberinfo.com:    Maddələr bunlardır:

234.1 (narkotik və ya psixotrop maddələr saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317 (Cəzçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma).

***

“Əli İnsanovun müdafiə hüquqları kobud şəkildə pozulur. Onun vəkilləri artıq 3 saatdan çoxdur ki, dindirmə prosesinə buraxılmır. Dindirmə prosesinə Qaradağ rayon prokuroru Natiq Abdullayev rəhbərlik edir. Biz vəkillər dəfələrlə cəzaçəkmə müəssisəsinə buraxılmağımız və dindirmədə iştirakımızı tələb etmişik. Lakin, hər dəfə tezliklə tanış olacaqsınız, deyərək biz vəkilləri dindirmə prosesinə buraxmırlar”, vəkil Toğrul Babayev bildirib.

“Bütün bu hadisələr Əli İnsanovun həbs müddətinin bitməsinə bir ay 27 gün qalmış baş verir”, vəkil qeyd edib.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbədən əldə edilmiş məlumata görə, Əli İnsanov “qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq” məhbuslara resept yazmaqda və qanunsuz həkimlik etməkdə ittiham olunur. Məlumata görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr “aşkarlanıb”. Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb.

***

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılıb. Bu haqda “Azadlıq”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkil xəbəri avqustun 23-də, gecə 23 radələrində alsa da, gec olduğundan, cəzaçəkmə müəssisəsinə bu gün səhər saat 9-da gedib. Purokurorluq əməkdaşları cəzaçəkmə müəssisəsinə buraxılsa da, vəkilin müəssisəyə girməsinə imkan verilməyib. Keçmiş nazirə cinayət işinin hansı səbəbdən və hansı maaddəylə açıldığı məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam