Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Şahin Sultanov 7 min rüşvət almaqda ittiham olunur

 

       Hazırda həbsdə olan Müdafiə nazirinin sabiq müavini, hərbi dəniz qüvvələrinin sabiq komandanı vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilir. 

     "xeberinfo.com":Məlumata görə, vəkili Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsin Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etdiyini vurğulayıb: “Yəqin ki, ölkə ictimaiyyətinin Şahin Sultanovun könüllü şəkildə rəhbərıik etdiyi briqadanın şəxsi heyəti ilə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından xəbəri yoxdur”. 

      Vəkil Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunduğunu vurğulayıb: “Bu maddədə “Külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7-8 min manat verildiyi iddia olunur. İndi isə ona qarşı ittihamın necə irəli sürüldüyün açıqlayıram. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən 3 ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. Bu zaman o, ifadəsində Şahin Sultanova xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində həmin məbləğin 7 min manat olduğunu göstərib. Göründüyü kimi sərbəst ifadə ilə üzləşmə ifadəsi arasında ziddiyyətlər var. Sultanova qarşı verilən ziddiyyətli ifadə onun günahsız olduğunu bir daha sübut edir”. 

     A.Məmmədov Şahin Sultanovun ailəsi adından prezidentə müraciət edib: “Ailəsi adından prezidentdən bu məsələ ilə maraqlanmağını, İlham Əliyevə daim sadiq qalmış Qarabağ müharibəsi veteranı Şahin Sultanov haqqında açılmış cinayət işi ilə maraqlanmasını xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam