Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yüksək bal toplayanlarla bağlı yeni layihə

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında yüksək bal toplayan şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək. 
Xeberinfo.com: TQDK-nın məlumatına görə, layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyə qədər keçirilən qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də 1999-cu ildən çap olunan "Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc olunan şəxlər haqqında məlumatlar yerləşdirəcək. Komissiyadan bildirilib ki, məqsəd yüksək bal toplayan gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə yüksək bal toplayan gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq. 
Məlumata görə, yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailliyyətlərinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanacaq. Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat veriləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam