Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sələmçi deputatın daha bir "qurbanı" üzə çıxdı

Sələmçi deputatın daha bir qurbanı üzə çıxdı

 

Rüfət Quliyevdən şikayətçilərin sayı artır; parlamentin İntizam Komissiyasına müraciət olundu

 

Xeberinfo.com:  Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyətindən şikayətçilərin sayı artır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatın faiz davasına çıxdığı şəxslərdən daha biri vəkil Ceyhun Yusifova üz tutub. 
 
Bu haqda redaksiyamızı bilgiləndirən vəkil bildirib ki, deputat 40 illik dostu olmuş mərhum Namiq Səfərovun dul həyat yoldaşını məhkəməyə verib onun əmlaklarına həbs qoydurub. Bu məsələ ictimailəşəndən sonra məlum olub ki, Rüfət Quliyevin əsas fəaliyyət istiqaməti sələmçilikmiş.
“Rüfət Quliyevin yeni-yeni qurbanları ortaya çıxmaqdadır. Əlbəttə ki, bu çox məyusedici haldır. Bir iş adamı da mənə müraciət edib. Zaur adlı iş adamı bildirdi ki, Rüfət Quliyev ona da 10 faizlə sələmə pul verib. Zaur adlı iş adamından başqa da mənə müraciət edənlər var. O, əlavə bir neçə şəxslərin də adını çəkdi. Hazırda əlimdə həmin şəxslərlə bağlı rəsmi sənədlərin təsdiqlənmiş surətləri yoxdur deyə, konkret ad çəkmirəm. Avqustun 18-də Səbayel Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə Namiq Səfərovun ailəsinə qarşı deputatın açdığı məhkəmə çəkişməsi başlayır. Mən bütün mətbuat nümayəndələrini həmin prosesi aktiv şəkildə izləməyə çağırıram. Mətbuat nümayəndələri prosesi izləməklə Rüfət Quliyevin Milli Məclis deputatının statusuna uyğun olmayan fəaliyyət göstərməsinə bir daha əmin olacaqlarına inanıram”, - deyə vəkil qeyd edib.
Ceyhun Yusifov Rüfət Quliyevin deputat mandatı ilə bir araya sığmayan fəaliyyəti haqda Milli Məclisin İntizam Komissiyasına da müraciət etdiklərini bildirdi: “İntizam Komissiyasının sədri Ağacan Abıyevə rəsmi şəkildə müraciətimiz olub. Rüfət Quliyevin sələmçilik fəaliyyətinə görə cəzalandırılacağına inanıram. Onun hərəkətləri etik baxımdan, mentalitet baxımından uyğun deyil. Deputat 40 illik dostu Namiq Səfərov dünyasını dəyişəndən sonra onun həyat yoldaşından bütün əmlaklarını almaq, ələ keçirmək, yağmalamaq üçün fəaliyyətə başlayıb”.
Vəkil deputatın sələmçilik fəaliyyətini qanunsuz sahibkarlıq adlandırmaqla Vergilər Nazirliyini bu məsələni araşdırmağa çağırıb: “Qanunsuz fəaliyyəti hüquqi nöqteyi-nəzərindən qanunsuz sahibkarlıq subyektini yaradır. Qanunsuz sahibkarlıq edən şəxs isə vergidən yayınma ilə yanaşı hüquqi məsuliyyət də yaradır. Hesab edirəm Vergilər Nazirliyi də bu məsələ ilə bağlı Milli Məclis rəhbərliyinə müraciət edəcək. Rüfət Quliyev açıq şəkildə faizə pul verir. Bu fəaliyyət deputata mandat ilə bir araya sığmır. Yaxın vaxtlarda Rüfət Quliyevlə bağlı rəsmi sənədləri əldə etdikdən sonra onun digər şəxslərə qarşı da sələmçilik üzərində məhkəmə davası açdığını faktlarla açıqlayacağıq”.
 
Vəkil deputatı qanunsuz əməllərdən çəkinməyə çağırıb. 
Qeyd edək ki,  deputat 2011-ci ildə Namiq Səfərova 17 min 400 dollar faizə pul verib. 2015-ci ilin aprelində N.Səfərov qəfildən dünyasını dəyişib. Bundan sonra deputat mərhumun həyat yoldaşından sələmə verdiyi 17 400 dolların qarşılığında 350 min dollardan artıq pul tələb edib. Mərhumun həyat yoldaşı bu qədər pulu verə bilməyəcəyini bildirəndə deputat mərhum dostunun əmlaklarına həbs qoydurub. Yaxın günlərdə deputatın iddiasına baxılacaq. 
(Musavat.com)
Deputatı dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam