Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmurlar dövlət müsabiqəsini sabotaj edir

behram xelilov“Dövlət orqanlarının rəhbərləri qanunvericiliyə zidd davranılar” 

Xeberinfo.com:  Bu il 350 nəfər dövlət dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə vakant vəzifələrə uyğun bilinib.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Komissiya (DQMK) tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatmışdır. Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılmış və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılmışdır. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə etmiş və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, keçən həftə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının iclasında sədr müavini Bəhram Xəlilov DQMK-nın həyata keçirdiyi işlər barədə hesabat verərkən bu sahədə problemlərin olduğunu, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbərinin namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmədiyini söyləyib.

B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini də göstərib: “Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur.” (Qaynarinfo.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam