Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Xaricdə oxuyanlara biz zəmanət vermirik" - Təhsil nazirliyindən xəbərdarlıq

Xaricdə oxuyanlara biz zəmanət vermirik

 

"Televiziya kanallarında bəzi şirkətlər attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış reklamlar verir” 

 Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


C.Valehov deyib ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb: “Bu yanlışdır, insanları aldatmaqdır və şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir. Ümumiyyətlə zəmanət verilməsi hüquqi bir prosesdir və Təhsil Nazirliyi həmin şirkətlərlə bağlı müraciət edərsə hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər ki, kim o zəmanəti nazirlikdən alıb və niyə yalan vədlər verirlər”.

Nazirlik rəsmisi xəbərdarlıq edib k, insanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər: “Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Diplomun zəmanət verilməsi prosesi gəncin bitirdiyi universitetin necəliyi, tələbənin akademik göstəriciləri, oxuduğu müddətdə universitetdə necə təhsil alması və təhsilin necəliyi, qazandığı kreditlərin sayına qədər hamısı təhlil olunur və bu təhlil öz təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir”.

C.Valehov qeyd edib ki, Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam