Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Petkim” İdarə Heyətinin sədrindən əməliyyatlarla bağlı açıqlama

petkim

“Müxtəlif media orqanlarında şirkətimiz Petkim Neft-Kimya Holdinq A.Ş.nin Əliağa tədris korpusunda istintaq keçirdiyinə dair xəbərlər yer alıb. Məlum olmasını istərdik ki, bu proseslərin, Şirkətimizin fəaliyyətinə hər hansı bir təsiri yoxdur. İlin 365 günü bir an belə dayanmadan Türkiyə üçün istehsal məsuliyyəti şüuru ilə çalışan Petkim, fəaliyyətlərini normal şəkildə davam etdirir”.

Xeberinfo.com:    APA-nın xəbərinə görə, bu barədə Petkim İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında bildirlir.

Açıqlamada bildirilir ki, Türkiyədə birjaya ilk koda olan şirkətlərdən olan Petkimin 2016 ili etibarı ilə bazar dəyəri 2,2 milyard dollardır: “60-a yaxın müxtəlif növlü xammal məhsulu istehsal edən və Egey Dənizi Bölgəsinin ən böyük ixracatçısı olan Petkim məhsulunu 50-dən çox ölkəyə ixrac edir. Petkimin məhsulları Türkiyədə 6 min sahibkar tərəfindən istifadə edilir. 50 ildən çox müddətdir Türkiyə üçün istehsal etməkdə olan Petkim, 150 min nəfərə məşğulluq təmin edir”.

“Türkiyə Cümhuriyyəti hökumətinə, iqtisadiyyatına və sabitliyinə güvənimiz tamdır. Rəhbərlik olaraq, yaşanan prosesdə Türkiyənin özəl və dövlət sektorundakı bir çox müəssisə və təşkilatında aparılan araşdırma prosesi çərçivəsində hüquq-mühafizə orqanlarına hər cür kömək göstəririk. Biz Petkim olaraq, bu məmləkət üçün çalışmağa davam edəcəyik və hökumətimizlə tam əməkdaşlıq şəraitində prosesin başa çatdırılması üçün lazım olanı edəcəyik”, – deyə açıqlamada bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam