Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Seymur Həzi və Nigar Yaqublunun nikah mərasimi baş tutub

ni76

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi olub.

Xeberinfo.com:   APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədr müavini Seymur Həzi Müsavat Partiyası Məclisinin üzvü Nigar Yaqublu ilə rəsmi nikaha daxil olub.

Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.

Qeyd edək ki, Seymur Həzi barəsində 2014-cü ilin avqust ayında Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam